q
  • Bakı C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Əlillik üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

CƏMİYYƏT

23 Aprel 2026 | 19:29

Əlillik üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

Əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq iki ildir ki, əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı dəfələrlə artırılıb.

Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müddət gözlənilmədən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsinə əsas verən xəstəliklərin sayı 5-dən 73-ə çatdırılıb.

Bildirilib ki, bu xəstəliklər sırasına ağciyər sarkodiozu, oynaq ankilozu, demensiya, xroniki böyrək xəstəliyi, mərkəzi sinir sisteminin miеlinsizləşmə ilə müşahidə olunan xəstəlikləri, autizm və bir çox hematoloji xəstəliklər, 18 yaşadək olan şəxslərdə şəkərli diabet və s. daxildir. Həmin xəstəliklər səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər müalicə müddəti gözlənilmədən rəsmiləşdirilir və qiymətləndirmə aparılır.

Göndərişlər tibb müəssisələri tərəfindən elektron qaydada rəsmiləşdirildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsisteminə daxil edilərək adsızlaşdırılır və göndərişin aid olduğu şəxsin kimliyi, göndərişi daxil edən tibb müəssisəsi və s. bilinmədən göndərişdəki diaqnoz əsasında şəffaf və obyektiv qərar qəbul olunur.


SON XƏBƏRLƏR