q
  • Bakı C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Pentaqondan Hörmüz açıqlaması - “6 ay bağlı qalması mümkün deyil”

DÜNYA

23 Aprel 2026 | 23:50

Pentaqondan Hörmüz açıqlaması - “6 ay bağlı qalması mümkün deyil”

ABŞ Müharibə Nazirliyi (Pentaqon) Hörmüz boğazı ətrafında yerləşdirilən minaların təmizlənməsinin 6 ay çəkə biləcəyi barədə iddiaları təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Pentaqonun sözçüsü Şon Parnell ABŞ mediasına verdiyi yazılı açıqlamada bildirib.

Onun sözlərinə görə, “The Washington Post” qəzetində yer alan xəbərə istinad edilərək belə iddialar irəli sürülsə də, bu, reallığı əks etdirmir:

“Bir qiymətləndirmənin mövcud olması onun düzgün olduğu anlamına gəlmir. Hörmüz boğazının 6 ay bağlı qalması mümkün deyil və bu, müharibə naziri Pit Heqset üçün qətiyyən qəbuledilməzdir”.

Xatırladaq ki, bundan əvvəl “The Washington Post” yazmışdı ki, yüksəkvəzifəli Pentaqon rəsmisi ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi üzvlərinə qapalı brifinqdə boğazdakı minaların təmizlənməsinin 6 aya qədər çəkə biləcəyini bildirib.


SON XƏBƏRLƏR

23 Aprel 2026