İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 yarımçıq tikili, 2 kiçik dövlət müəssisəsi və 37 nəqliyyat vasitəsi, ümumilikdə 40 dövlət əmlakı satılıb.
Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, rəqabətli keçən hərracda start qiyməti 166 300 manat olan, Bakının Xəzər rayonunda yerləşən kafe 250 000 manata özəlləşdirilib. Daha bir kiçik dövlət müəssisəsi - Şəki rayonunun Qızılarx kəndində yerləşən əmlak kompleksi isə 180 000 manata sahibini tapıb. Həmçinin, Sumqayıt şəhərində yerləşən tikintisi yarımçıq qalmış yaşayış kompleksinin 14 870 000 manata satışı reallaşıb.
Növbəti hərrac 28 apreldə keçiriləcək.
Bakı 




