q
  • Bakı 10° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

PSJ növbəti oyuna itki ilə çıxacaq

İDMAN

23 Aprel 2026 | 18:16

PSJ növbəti oyuna itki ilə çıxacaq

PSJ-nin mərkəz müdafiəçisi İlya Zabarnı Liqa 1-in "Anje" ilə oyununu buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb onun 26-cı turunun "Nant"la təxirə salınmış matçında (3:0) sarı vərəqə almasıdır.

Həmin vərəqə onun cari çempionatda aldığı beşinci "sarı" olub. Bu da Ukrayna millisinin üzvünün avtomatik olaraq növbəti görüşü buraxması deməkdir. 

Beləliklə, 23 yaşlı müdafiəçi PSJ-nin aprelin 25-də "Anje" ilə keçirəcəyi Liqa 1-in 31-ci tur matçında iştirak edə bilməyəcək.

Cari mövsüm Zabarni Paris təmsilçisinin heyətində bütün turnirlərdə 32 oyuna çıxıb və 1 qol vurub.


SON XƏBƏRLƏR