q
  • Bakı 11° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

PUA hücumları: Rusiyanın neft-qaz sektoru niyə hədəfdədir?

SİYASƏT

23 Aprel 2026 | 16:25

PUA hücumları: Rusiyanın neft-qaz sektoru niyə hədəfdədir?

Ukrayna ordusu Rusiyanın daxilində strateji enerji obyektləri və limanlara qarşı irimiqyaslı PUA hücumları həyata keçirib.

Hücumlar nəticəsində bir sıra bölgələrdə yanğınlar baş verib.

Ekspertlər bunu Rusiyanın neft-qaz sektoruna yönəlmiş “enerji müharibəsi”nin yeni mərhələsi kimi qiymətləndirir, artan hücum radiusunun isə regionda gərginliyi daha da yüksəltdiyini bildirirlər.

Rusiya-Ukrayna müharibəsində PUA hücumlarının intensivləşməsi şəhər infrastrukturunun müdafiə imkanlarını zəiflədirmi, yoxsa hava hücumundan müdafiə sistemlərinin inkişafını sürətləndirərək yeni balans yaradır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Oruclu deyib ki, elmi texnoloji tərəqqi, müasir elektron silah sistemlərinin sürətli inkişafı klassik müharibələri də dəyişib. 

Ekspert vurğulayıb ki, taktiki və strateji döyüş əməliyyatları bahalı və gec başa gələn silahlarla deyil, ucuz və tez istehsal edilən silahlarla, uçuş aparatları ilə əvəzlənməkdədir: 

“Ermənistanla Azərbaycan arasındakı 44 günlük müharibə döyüş sənətini və müharibənin aparılmasını əsaslı şəkildə dəyişdi. İlk dəfə Azərbaycan tərəfindən uğurla tətbiq olunan taktika sürətlə dünyada yayılmağa başladı və dövlətlərin müdafiə və silahlı qüvvələrinin yenidən komplektləşdirilməsinə gətirib çıxardı".

Əli Oruclu, politoloq

Onun sözlərinə görə, PUA-lardan geniş istifadə etməklə həm düşmənin ən dərinliklərində olan strateji və hərbi obyektləri məhv etmək, həm də cəbhədəki hərbi birləşmələrə sarsıdıcı zərbələr endirmək mümkündür. 

Analitikə görə, Ukrayna və Rusiya müharibəsində tərəflərin PUA-lara üstünlük verməsi də təsadüfi deyil: 

“PUA-lara qarşı müdafiə olunmaq və onun qarşısını almaq elə də asan deyil. Nəzərə alaq ki, bu sahə getdikcə təkmilləşdirilir və yeni modifikasiyalar hazırlanır. Kiyev məhz Rusiyaya sarsıdıcı zərbələrini PUA-lar vasitəsi ilə vurur. Son dövrlər Rusiya da Ukraynaya qarşı eyni taktikanı işə salıb".

Həmsöhbətimiz qeyd edib ki, bu həm infrastruktur dağıntılarının, həm də itkilərin miqyasını genişləndirir. PUA-lar digər silah-sursatlardan daha ucuz və effektivdir. Ondan səmərəli və düzgün istifadə etmək müharibədə ciddi şəkildə üstünlüklər qazandırır. Hətta, döyüşün taleyini dəyişir.

Aydın Baxış


SON XƏBƏRLƏR