q
  • Bakı 11° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

“Gözəllik kraliçası” evində ölü tapıldı - FOTO

CƏMİYYƏT

23 Aprel 2026 | 13:23

“Gözəllik kraliçası” evində ölü tapıldı - FOTO

Keçmiş “gözəllik kraliçası” Karolina Flores Qomes Mexiko şəhərindəki mənzilində ölü tapılıb. 

Bakıvaxtı.az “Reporte Indigo” nəşrinə istinadən xəbər verir ki, başından güllə yarası almış Qomesin qətlində qayınanası şübhəli bilinir. 

Mexiko prokurorluğu işi qəsdən adam öldürmə kimi tövsif edib.

2017-ci ildə Aşağı Kaliforniya ştatında “Miss Teen Universe” titulunu qazanmış Qomesin aprelin 15-də qətlə yetirildiyi güman edilir. Polisin məlumatına görə, hadisə baş verdikdə o, həyat yoldaşı Alexandro Qomes və onun anası Erika Mariya ilə birlikdə evdə olub.

Xüsusi diqqət çəkən məqam hadisə barədə polisə 1 gün sonra məlumat verilməsidir. Bu, hüquq-mühafizə orqanlarında müraciətin gecikdirilməsinin səbəbləri barədə suallar doğurub.

Qeyd edək ki, faciə Meksikada qadınlara qarşı zorakılıq səbəbindən artan ictimai narazılıq fonunda baş verib. Yerli vətəndaş təşkilatları işin femisid - BMT Qadınlar Təşkilatının (UN Women) “gender motivli qəsdən adamöldürmə” kimi müəyyən etdiyi cinayət olaraq tövsif edilməsini tələb edir./Qafqazinfo


SON XƏBƏRLƏR