Xəbər verdiyimiz kimi, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası tibb müəssisəsinin direktorunun cərrahi xidmətlər üzrə müavini Kamil Hacıyevə həvalə edilib.
Xatırladaq ki, K.Hacıyev 2025-ci ilin iyul ayında Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin işdən çıxarılan sabiq direktoru Nurəngiz Bəşirova dəfələrlə qalmaqallı hadisələrlə bağlı gündəmə gəlib.
Bakı 




