q
  • Bakı 12° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Polisə müqavimət göstərənlər tutuldu: silah tətbiq edildi - VİDEO

HADİSƏ

23 Aprel 2026 | 11:55

Polisə müqavimət göstərənlər tutuldu: silah tətbiq edildi - VİDEO

Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.

Bakıvaxtı.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan əvvəllər dəfələrlə məhkum olunan Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq etməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istinaqa təhvil verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

22 Aprel 2026