• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzada həlak olan 4 azərbaycanlı günlər sonra dəfn edildi - VİDEO

HADİSƏ

23 May 2026 | 11:02 | Müəllif: Subhan Mahmudov

Qəzada həlak olan 4 azərbaycanlı günlər sonra dəfn edildi - VİDEO

Mayın 14-ü Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda baş vermiş dəhşətli avtomobil qəzasında həlak olan 8 nəfərdən dördü dünən dəfn edilib.

Bakıvaxtı.az Aktual.ge-yə istinadən xəbər verir ki, meyitləri tanınmaz halda olan gənclərdən 4-nün nəşi mayın 22-si ailələrinə təhvil verilib.

Məhkəmə ekspertizası onların şəxsiyyətini dəqiqləşdirdikdən sonra cənazələr Tbilisidən gənclərin yaşadığı kəndə gətirilib və musiqi sədaları altında dəfn edilib.

Qeyd edək ki, “BMW” markalı avtomobilin sürətlə hərəkətdə olarkən aşaraq yanması nəticəsində 7 gənc hadisə yerində, 1 nəfər isə Rustavi şəhərindəki xəstəxanada ölüb. Onların hamısı azərbaycanlı olub. Vəfat edənlər arasında 4 qardaş (2 ailənin övladları) da olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR