• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yeganə Salmanova öldü

HADİSƏ

22 Iyun 2026 | 09:20 | Müəllif: Əli Hüseynov

Yeganə Salmanova öldü

İsmayıllıda iki minik avtomobili toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Uştal kənd ərazisində qeydə alınıb.

1982-ci il təvəllüdlü Mahmudov İsmayıl Rafiq oğlunun idarə etdiyi "Ford" markalı avtomaşınla 1969-cu il təvəllüdlü Nağıyev Elxan Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomaşın toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomaşında sərnişin qismində olan Salmanova Yeganə Hüseyn qızı hadisə yerində ölüb.

Sürücü Nağıyev Elxan Hüseyn oğlu, sərnişinlər- Salmanov İlham Gülalı oğlu və Salmanov Şahmalı Qoşnalı oğlu müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR