• Bakı 19° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - FOTOLAR

HADİSƏ

23 May 2026 | 10:24 | Müəllif: Subhan Mahmudov

Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - FOTOLAR

Ötən il Türkiyənin Bursa şəhərində həyat yoldaşı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirən Azərbaycan vətəndaşı Salican Mehmetin məhkəməsi başlayıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluq 26 yaşlı Salicanın ömürlük həbsə məhkum olunmasını tələb edib. Müttəhim isə məhkəmədəki ifadəsində psixiatriya xəstəxanasına yerləşdirilməsini tələb edib. O, daha əvvəl Bursa Dörtçelik Ruhi Psixoloji Xəstəliklər Klinikasında 21 gün müalicə aldığını və hələ də dərman qəbul etdiyini deyib.

Bildirilib ki, cütlüyün 1 və 4 yaşlı iki azyaşlı qız övladı qalıb. Hadisə 3 noyabr 2025-ci il tarixində Bursanın Yıldırım rayonunda yerləşən evdə qeydə alınıb. Məişət münaqişəsi zəminində baş verən hadisə zamanı Salican qayçını götürərək dini nikah əsasında evli olduğu qadına hücum edib. O, 146 dəfə qadına zərbə endirib. Zərbələrdən 72-si daxilə nüfuz edib.

O da məlum olub ki, Salican Mehmet Azərbaycan, Arzu Xəlilova isə Rusiya vətəndaşıdır./Qafqazinfo


Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026