q
  • Bakı 12° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Naxçıvanın qaz təchizatında görüləcək işlər

CƏMİYYƏT

23 Aprel 2026 | 10:19

Naxçıvanın qaz təchizatında görüləcək işlər

Naxçıvan şəhərində əsas qaz kəmərlərinin daha böyük diametrli borularla əvəz olunması, mərkəzi qazanxana üçün yeni qaz xəttinin çəkilməsi, köhnə və korroziyaya uğramış boruların dəyişdirilməsi və qaz şəbəkəsində texniki yenilənmə işlərinin aparılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bütün yaşayış məntəqələri 100 % qazlaşdırılıb: "Qaz kəmərlərinin ümumi uzunluğu 9 287 kilometr təşkil edir. Abonentlərin ümumi sayı 94 mindən çoxdur".

R. Cavadov qeyd edib ki, hazırda Naxçıvan Muxtar Respublikası 9 qazpaylayıcı stansiya vasitəsilə təbii qazla təmin edilir: "Hazırda 2027–2030-cu illəri əhatə edən tədbirlər planı hazırlanaraq təqdim olunub. Bununla yanaşı, qaz kəmərlərinin kipliyinin yoxlanılması planlaşdırılır, istismar müddəti bitmiş sayğaclar dövlət yoxlamasından keçiriləcək.

Qarşıdakı payız-qış mövsümünə hazırlıq çərçivəsində mövcud çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdiriləcək".


SON XƏBƏRLƏR

22 Aprel 2026