Lənkəranın 6 kəndini birləşdirən Hikan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi davam edir.
Bakıvaxtı.az xəbər verir ki, sürüşmə zonası daha da genişlənib. Yolda iri çatlar və çökmələr yaranıb. Ərazidəki iri gövdəli ağaclardan biri də kökündən qoparaq aşıb. Hazırda yolun hər iki hərəkət istiqaməti yararsız vəziyyətə düşdüyündən sürücülər həmin hissədən çətinliklə keçirlər.
Sakinlər bildiriblər ki, bu yol 6 kəndin əsas nəqliyyat bağlantısıdır və alternativ yol yoxdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazidə vəziyyət nəzarətdə saxlanılır. Yaxın vaxtlarda geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra bərpa tədbirləri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq./APA
Bakı 






