Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq Qırğızıstana qarşı sanksiyalardan yayınma ilə bağlı xüsusi mexanizmi tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qərara əsasən, Avropadan ölkəyə bəzi ikili təyinatlı malların tədarükünə birbaşa qadağa qoyulub.
Məhdudiyyətlərə aşağıdakılar daxildir:
- Yüksək dəqiqlikli metal emalı avadanlıqları, o cümlədən rəqəmsal proqram idarəetməli (CNC) resursları;
- Kommunikasiya avadanlıqları (modemlər, routerlər, radiostansiyalar və digər məlumatötürmə qurğuları).
Aİ hesab edir ki, Qırğızıstan bu malların Rusiyaya sistemli şəkildə re-eksportu üçün kanala çevrilib və Bişkeklə aparılan texniki danışıqlar sərhəddə nəzarətin gücləndirilməsinə gətirib çıxarmayıb.
Bundan əlavə, Qırğızıstanın bir sıra logistika şirkətləri Avropa İttifaqının nəqliyyat infrastrukturuna çıxışdan məhrum edilib.
İndiyədək Aİ yalnız üçüncü ölkələrdə konkret şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Məsələn, Çin, Özbəkistan və ya Qırğızıstanda. İndi isə məhdudiyyətlər tamamilə ticarət istiqaməti səviyyəsində tətbiq olunur.
Bakı 




