q
  • Bakı 12° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Cabbarov güləşçilərimizi təbrik etdi

CƏMİYYƏT

23 Aprel 2026 | 11:10

Cabbarov güləşçilərimizi təbrik etdi

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci olan yunan-Roma güləşi millisini təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, qurum rəhbəri bu barədə X sosial şəbəkə hesabında paylaşım edib. 

M.Cabbarov komandamızı Avropanın ən güclüsü adlandırıb:

“Biz Avropanın ən güclüsüyük! Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır. Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix yazması, Qurban Qurbanovun (82 kq) titulunu qoruyaraq yenidən zirvəyə yüksəlməsi böyük əzmin, zəhmətin və peşəkarlığın bariz nümunəsidir.

Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasovun (87 kq) qazandığı bürünc medallar da komandamızın döyüş ruhunu bir daha nümayiş etdirdi. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram”.


SON XƏBƏRLƏR

22 Aprel 2026