q
  • Bakı 12° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

İran onları BMT-yə şikayət etdi

DÜNYA

23 Aprel 2026 | 09:08

İran onları BMT-yə şikayət etdi

ABŞ İrana qarşı hərbi hücumları planlaşdırmaq, hazırlamaq və həyata keçirmək üçün Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının ərazisindən və hava məkanından istifadə etməyə davam edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktublarda yer alıb.

Məktublardan birində deyilir: "İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən aparılan davamlı monitorinq və qiymətləndirmələrə əsasən, təcavüzkarın, yəni ABŞ-ın Bəhreyn Krallığının ərazisindən və hava məkanından İran İslam Respublikasına qarşı qanunsuz hərbi hücumları planlaşdırmaq, hazırlamaq, təchiz etmək və həyata keçirmək üçün istifadə etməyə davam etdiyi müəyyən edilib".

Oxşar ittihamlar Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və BƏƏ-yə ünvanlanan digər dörd məktubda da irəli sürülüb.

Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı məktubda İran həmçinin BƏƏ-ni birbaşa təcavüzdə iştirak etməkdə ittiham edib. BƏƏ Hərbi Hava Qüvvələrinə məxsus Mirage qırıcı təyyarəsi, Akıncı pilotsuz təyyarəsi və F-16 qırıcı təyyarəsinin İranın hava məkanını pozduğu, Hörmüz boğazındakı və Qeşm, Əbu Musa, Böyük və Kiçik Tunb adaları da daxil olmaqla adalardakı hədəflərə zərbələr endirdiyi iddia edilir. İran bütün bu dövlətləri mehriban qonşuluq prinsiplərinə riayət etməyə və ərazilərinin İrana qarşı bundan sonra istifadəsinin qarşısını almağa çağıraraq, bu halların nəticələrinə görə tam məsuliyyətin onların üzərində olduğunu iddia edib./Musavat.com


SON XƏBƏRLƏR

22 Aprel 2026