q
  • Bakı 11° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Uşaqlar üçün ailə süfrəsinin önəmi

CƏMİYYƏT

23 Aprel 2026 | 14:12

Uşaqlar üçün ailə süfrəsinin önəmi

Uşaqlarla birlikdə süfrədə yemək yeyilməsi onların sağlamlığına müsbət təsir göstərir. 

Bakıvaxtı.az xəbər verir ki, uşaq xəstəlikləri üzrə mütəxəssis  Prof. Dr. Ahmet Güzel bildirib ki, valideynlərin uşaqlarla birlikdə yemək yeməsi onların həm akademik uğurlarına, həm də özgüvənlərinin formalaşmasına müsbət təsir göstərir.

Mütəxəssisin sözlərinə görə, ailə ilə birlikdə keçirilən yemək vaxtları yalnız qidalanma deyil, eyni zamanda uşağın sosial və psixoloji inkişafında da mühüm rol oynayır. O qeyd edib ki, uşaqların mütəmadi olaraq ailə ilə eyni süfrədə oturması onların özünü daha güvənli hiss etməsinə kömək edir və məktəb uğurlarını artırır.

Həkim vurğulayıb ki, uşaqlar yalnız fiziki deyil, həm də sosial varlıqdır və ailə mühiti onların formalaşmasında əsas faktorlardan biridir./Azxeber


SON XƏBƏRLƏR