q
  • Bakı 12° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Bakı metrosunda vəziyyət nə yerdədir? - AÇIQLAMA

CƏMİYYƏT

23 Aprel 2026 | 10:01

Bakı metrosunda vəziyyət nə yerdədir? - AÇIQLAMA

Aprelin 21-də Bakı metrosunda baş verən hadisədən sonra dünən metropolitendə bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunmuşdu.

Bakıvaxtı.az xatırladır ki, qatarların hərəkət intervalları 5 dəqiqəyə qədər artırılıb. Günün ikinci yarısından etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərib.

Bəs, bu gün qatarların hərəkət sxemində vəziyyət necədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az “Bakı Metropoliteni” QSC-yə sorğu göndərib. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov saytımıza bildirib ki, məsələ mərhələli şəkildə həll olunur və tədbirlər tətbiq edilir. Onun sözlərinə görə, əsas məqsəd sabitliyin təmin olunması, sərnişin hərəkətinə maneələrin aradan qaldırılması və belə halların təkrarlanmamasıdır. Bunun üçün əlavə gücləndirmə və digər zəruri tədbirlər də görülür:

“Gördüyünüz kimi, bu gün səhər vəziyyət normal idi. Proses mərhələli şəkildə tənzimlənir, sərnişin axını təhlil olunur və bütün amillər nəzərə alınır”.

“Ümid edirik ki, hər şey daha da yaxşıya doğru gedəcək. Dünəndən etibarən artıq müsbət dinamika müşahidə olunur”, - deyə Bəxtiya Məmmədov əlavə edib.

Qeyd edək ki, aprelin 21-də "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Səhmdar cəmiyyətindən bildirilib ki, ilkin məlumata əsasən, saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Həmin gün saat 15.00-da isə metro fəaliyyətini bərpa edib.

Aynur Babazadə


SON XƏBƏRLƏR

22 Aprel 2026