q
  • Bakı 12° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Talat Canbolat işğaldan azad edilmiş ərazilərdə olub - FOTOLAR

    SİYASƏT

    23 Aprel 2026 | 12:28

    Talat Canbolat işğaldan azad edilmiş ərazilərdə olub - FOTOLAR

    Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub.

    Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində türkiyəli qonaqlar bir sıra tarixi abidələri ziyarət ediblər. Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər.

    N hərbi hissəsini ziyarət edən türkiyə nümayəndə heyəti burada yaradılan şərait ilə tanış olub. Qonaqlara torpaqların azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bölmələrin döyüş yolu haqqında geniş məlumat verilib.

    Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

    Qeyd edək ki, Türkiyə MMU-nun nümayəndə heyəti səfər proqramına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunu ziyarət edəcəklər.


    SON XƏBƏRLƏR

    22 Aprel 2026