q
  • Bakı 10° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

14 Hindistan gəmisi mühasirədə qalıb

DÜNYA

23 Aprel 2026 | 17:59

14 Hindistan gəmisi mühasirədə qalıb

Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval Fars körfəzində qalan Hindistan gəmilərinin mövcud vəziyyəti ilə bağlı mühüm açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, "Caisval" son həftələr ərzində bu Cənubi Asiya respublikasının bayrağı altında üzən 10 gəminin Hörmüz boğazından keçdiyini xatırlatsa da, hələ də körfəzdə qalanların olduğunu bildirib. Rəsmi məlumata görə, hazırda 14 Hindistan gəmisi hələ də Fars körfəzi sularındadır və onların taleyi ilə bağlı Tehranla intensiv müzakirələr aparılır. Hindistan XİN rəsmisi vurğulayıb ki, hökumət gəmilərin regiondan təhlükəsiz şəkildə çıxması və vətənə qayıtması üçün İran rəsmiləri ilə sıx təmasdadır.

Beynəlxalq sularda artan gərginlik fonunda bu gəmilərin təhlükəsizliyi rəsmi Dehli üçün prioritet məsələyə çevrilib.

Ekspertlər hesab edirlər ki, regiondakı hərbi-siyasi vəziyyət Hindistanın enerji tədarükü və dəniz ticarəti üçün ciddi risklər yaradır, bu səbəbdən diplomatik kanallarla təhlükəsizlik zəmanətinin alınması mühüm əhəmiyyət kəsb edir./Musavat.com


SON XƏBƏRLƏR