q
  • Bakı 11° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Milyarder nazirin istefa səbəbi

DÜNYA

23 Aprel 2026 | 16:27

Milyarder nazirin istefa səbəbi

Trampa yaxın milyarder, ABŞ Hərbi Dəniz Qüvvələri naziri Con Felan ötən gün vəzifəsindən kənarlaşdırılmışdı.

Bakıvaxtı.az xəbər verir ki, nazirin istefası İran hadisələri ilə birbaşa bağlıdır.

Belə ki, Vaşinqton İranın dəniz blokadasını tətbiq etmək üçün Hərbi Dəniz Qüvvələrinə güvənir və Prezident Donald Tramp bunun İslam Respublikasını iqtisadi cəhətdən sarsıdacağına və onun şərtləri ilə sülh müqaviləsini qəbul etməyə məcbur edəcəyinə ümid edirdi.

Mənbələr bildirib ki, təyinatından əvvəl heç bir hərbi təcrübəsi olmayan, lakin Trampa yaxın hesab edilən milyarder Felanın vəzifədən azad edilməsinin səbəblərindən biri gəmiqayırma sahəsində tələb olunan islahatların yavaş tempi, eləcə də Müdafiə Nazirliyinin rəhbərləri ilə münaqişə olub./Modern.az


SON XƏBƏRLƏR