ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampa qarşı sui-qəsd cəhdi planlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “New York Post” yayıb.
Bildirilib ki, sözügedən sui-qəsd cəhdini isə bir müddət əvvəl Türkiyədə saxlanılaraq ABŞ-yə təhvil verilən İraq vətəndaşı Məhəmməd Baker Saad Daud al-Saadi planlaşdırıb.
Nəşrin mənbələrinin sözlərinə görə, 32 yaşlı Məhəmməd hətta İvanka Trampın Floridadakı evinin planına da sahib olub.
Bildirilib ki, ilkin ehtimallara görə, sözügedən İraq vətəndaşı İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olub və iranlı general Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinə görə qisas almaq istəyib.
Qeyd edək ki, həmin şəxs mayın 15-də Türkiyə ərazisində saxlanılaraq ABŞ-yə ekstradisiya olunub.
Bakı 




