• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

İsrail Livanda Hizbullahın silah zavoduna zərbə endirdi

DÜNYA

23 May 2026 | 13:11

İsrail Livanda Hizbullahın silah zavoduna zərbə endirdi

İsrail Müdafiə Qüvvələrinin (IFD) Livanın Bekaa şəhərinə gecə endirdiyi zərbələr nəticəsində Hizbullah hərəkatının gizli silah istehsalı obyekti vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Hizbullahın Tir rayonundakı digər infrastruktur obyektləri də atəşə məruz qalıb.

IDF qeyd edir ki, mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün təxliyə xəbərdarlıqları əvvəlcədən verilib.

Bundan başqa, zərbələr yüksək dəqiqlikli sursat və müşahidə vasitələrindən istifadə edilməklə endirilib.

 

 


SON XƏBƏRLƏR

22 May 2026