• Bakı 22° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Dünyanın diqqəti türk ordusunda - Yaşar Gülərdən VACİB AÇIQLAMA

DÜNYA

23 May 2026 | 11:27

Dünyanın diqqəti türk ordusunda - Yaşar Gülərdən VACİB AÇIQLAMA

ABŞ-İsrail və İran arasındakı müharibədən qaynaqlanan raket və PUA təhdidlərindən sonra Şimali Kipr Türk Respublikasında gördüyümüz əlavə tədbirlər təkcə Şimali Kiprin deyil, həm də bütün adanın təhlükəsizliyinə töhfə verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Yunanıstan və Cənubi Kipr administrasiyası, qlobal miqyasda qəbul edilmiş yanaşmanın əksinə olaraq, İsrail ilə hərbi və siyasi münasibətlərini inkişaf etdirməyə davam edir:

“Biz İsrail, Yunanıstan və Cənubi Kiprin fəaliyyətlərini və hərbi əməkdaşlıq təşəbbüslərini yaxından izləyirik. Bu təşəbbüsün Türkiyə üçün hərbi təhlükə yaratmasından söhbət gedə bilməz. Lakin bu vəziyyət gələcəkdə Kiprin yunan xalqı üçün təhlükəsizlik probleminə çevrilə bilər”./Axar.az


SON XƏBƏRLƏR

22 May 2026