Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, hazırda hadisə yerində axtarış işləri davam edir.
Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib.
***08:42
Çinin şimalında yerləşən Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı faciəyə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həyatını itirib, 38 işçi isə dağıntılar altında qalıb.
Məlumata görə, partlayış zamanı mədəndə ümumilikdə 247 nəfər çalışırmış. Qəzanın baş verdiyi hissədə çalışan işçilərdən 201-i xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.
Hazırda dağıntılar altında qalan işçilərin xilas edilməsi üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Hadisənin səbəbləri araşdırılır.
Bakı 




