Qubanın Alekseyevka kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-a daxil olan məlumata görə, “Shacman” markalı yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə zamanı xəsarət alanlardan birinin azyaşlı olduğu bildirilir. Minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq sümüklərinin sınması ilə nəticələnən travmalarla xəstəxanaya yerləşdirilib.
Sürücünün yanında olan sərnişinin isə vəziyyətinin qənaətbəxş olduğu, onun yüngül xəsarətlər aldığı qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl
Bakı 





