“Barselona”nın gənc istedadı Lamin Yamal “Selta” ilə matçda aldığı ciddi zədə səbəbindən cari mövsümü vaxtından əvvəl başa vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb.
“Tibbi müayinələr Yamalın zədəsini təsdiqləyib. O, konservativ müalicə kursu keçəcək. Futbolçu mövsümün qalan oyunlarını qaçırsa da, onun tam sağalaraq 2026-cı il dünya empionatında iştirak edə biləcəyi gözlənilir”, – deyə klubun tibbi heyətinin yaydığı rəsmi məlumatda qeyd olunub.
Xatırladaq ki, İspaniya La Liqasının 33-cü turunda baş tutan “Selta” ilə qarşılaşmada (1:0) 18 yaşlı hücumçu sol ayağının bud nahiyəsindən zədə almışdı.
Bakı 




