Ağcabədi rayonunda fərdi yaşayış evində faciə ilə nəticələnən yanğının təfərrüatı məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, yanğında həyatını itirən azyaşlının ev sahibi Mahirə Hüseynovanın baldızının nəvəsi olduğu bildirilir.
Məlumata görə, uşağın atası iki ay əvvəl vəfat etdiyindən, Mahirə Hüseynova tək qalmasın deyə İmaməddin onunla birlikdə qalırmış.
Hadisə baş verən zaman azyaşlı evin içərisindəki otaqlardan birində yatılı vəziyyətdə olub. 70 yaşlı Mahirə Hüseynova isə yanğın zamanı təsadüfən evdən sağ çıxa bilib. O, daha sonra uşağı xilas etmək üçün yenidən evə yaxınlaşsa da, alovun sürətlə yayılması buna imkan verməyib.
İlkin ehtimallara görə, yanğın evin mətbəx hissəsində baş verib. Hazırda hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi araşdırılır./Teleqraf
***
9:18
Ağcabədidə baş verən yanğın zamanı 12 yaşlı oğlan ölüb.
Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə rayonun Qiyamadınlı kəndinə baş verib.
Kənd sakini Hüseynova Mahirə Ocaqqulu qızına məxsus evdə baş verən yanğın zamanı 2014-cü il təvəllüdlü Şirinov İmaməddin Ayaz oğlu ölüb.
Faktla bağlı araşdırma başlanıb./Teleqraf
Bakı 




