q
  • Bakı 14° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Alopesiya areata niyə baş verir? Saç tökülməsinin səbəbləri və müalicəsi

CƏMİYYƏT

24 Aprel 2026 | 13:38

Alopesiya areata niyə baş verir? Saç tökülməsinin səbəbləri və müalicəsi

İnsanlar arasında sıx rast gəlinən xəstəliklərdən biri Alopesiya areata (ocaqlı dazlıq) xəstəliyidir.

Bakıvaxtı.az xəbər verir ki, xəstəliyin rastgəlmə tezliyinin pik dövrü 15-29 yaş arasıdır.

Bu xəstəlik baş dərisində, üzdə və bəzən bədənin digər nahiyələrində saç follikullarına təsir edən və ani saç tökülməsinə səbəb olan autoimmun bir xəstəlikdir.

 Alopesiya areata tipik olaraq baş dərisində yuvarlaq və ya oval formada olmaqla,  saçın qəfil tökülməsi ilə başlayır. Saç tökülməsi prosesi ağrısız olur, bəzi hallarda alopesiya areata başlamazdan əvvəl həmin nahiyədə qaşınma, yüngül yanma hissi və ya dəridə qızartı aşkar oluna bilər. Alopesiya areata ocaqlarında adətən səpgi, qızartı və ya çapıq izi olmur. Xəstəlik yalnız saçla məhdudlaşmır, dırnaqlarda da da bir sıra dəyişikliklərə səbəb ola bilər. Bəzi hallarda dırnaqda çatlar və ya rəng dəyişiklikləri görünür. 

Alopesiya areatanın yaranma mexanizmi immun sisteminin saç follikullarına qarşı aqressiv davranması ilə bağlıdır. Normalda immun sistemi yalnız zərərli zərərə qarşı müdafiə reaksiyası göstərsə də, bu vəziyyətdə sağlam saç kökləri də hədəf alınır. Bu prosesdə T-limfositlər əsas rol oynayır. Genetik meyl, xroniki stress və emosional travmalar alopesiya areatanın risk faktorlarındandır. Həmçinin hormonal dəyişikliklər alopesiya areatanın başlanmasına səbəb ola bilər. 

Bəzi insanlarda Alopesiya areata öz-özünə geri çəkilə və saçlara bərpa oluna bilər. Lakin bu, xəstədən xəstəyə dəyişir. Xroniki formada və ya geniş yayılmış alopesiyada tam sağalma ehtimalı daha aşağıdır. 

Dermatoloqlar bu tip saç tökülməsini müayinə edərək diaqnoz qoya bilərlər. Nadir hallarda bu xəstəliyi təsdiqləmək üçün dəri biopsiyası edə bilər. Bu prosedurda dəridən kiçik bir parça götürülür və mikroskop altında araşdırılır. Daha sonra dermatoloq saçların daha sürətli uzanmasına və müalicəni sürətləndirməyə kömək edəcək bəzi dərmanlar təyin edir. Ancaq bu müalicələr
xəstəliyin təkrarlanmamasını istisna etmir.

Əgər saçlarda qəfil və lokal tökülmə müşahidə olunursa, gecikmədən dermatoloqa müraciət etmək lazımdır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR