q
  • Bakı 14° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Norveçdə 16 yaşdan kiçik uşaqlara sosial media qadağan olunur

DÜNYA

24 Aprel 2026 | 15:04

Norveçdə 16 yaşdan kiçik uşaqlara sosial media qadağan olunur

 Norveç hökuməti 16 yaşdan kiçik şəxslər üçün sosial medianı qadağan edən qanun layihəsi təqdim edib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe açıqlama verib.

O, bildirib ki, gənc istifadəçilərin yaşını təsdiqləmək məsuliyyəti texnologiya şirkətlərinin üzərinə düşür.

"Biz bu qanunu tətbiq edirik. Çünki uşaqların uşaq kimi qala biləcəyi bir uşaqlıq istəyirik. Oyun, dostluq və gündəlik həyat alqoritmlər və ekranlar tərəfindən ələ keçirilməməlidir",- deyə Störe vurğulayıb.

Qeyd edək ki, Norveç yaş məhdudiyyətləri tətbiq edən ilk Avropa ölkələrindən biridir. Fransa, İspaniya və Danimarka da sosial mediada yaş məhdudiyyətləri elan edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR