Avropa İttifaqı (Aİ) rusiyalı reper Timatiyə qarşı sanksiya tətbiq edib.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aİ Rusiyaya qarşı sanksiyaların 20-ci raunduna reper Timatini də əlavə edib.
Bu barədə məlumat Aİ Şurasının rəsmi saytında dərc olunmuş mətbuat açıqlamasında bildirilib.
Brüssel bu seçimini reperin prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləməsi, Putinin seçki kampaniyalarında iştirak etməsi ilə əlaqələndirərək, hətta onun etibarlı adamlarından biri olduğunu elan edib.
Bəyanatda deyilir ki, Timati "Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyir, Kremlin təbliğat hekayələrini və sözdə "xüsusi hərbi əməliyyat"ın simvollarını yayır və Ukraynaya qarşı şəxsən döyüşməyə hazır olduğunu bildirir"./Azxeber
Bakı 




