q
  • Bakı 13° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

“Meta”da kütləvi ixtisarlar olacaq

CƏMİYYƏT

24 Aprel 2026 | 09:52

“Meta”da kütləvi ixtisarlar olacaq

Texnologiya nəhəngi “Meta Platforms” işçi qüvvəsinin təxminən 10 faizinə bərabər olan 8000 nəfəri ixtisar edəcəyini və eyni zamanda, 6000 vakant vəzifəni bağlayacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, şirkət bu addımı süni intellekt sahəsinə investisiyaları artırmaq və əməliyyat səmərəliliyini yüksəltmək məqsədilə atır.

Qərarın “Meta”nın baş icraçı direktoru tərəfindən əməkdaşlara bildirildiyi qeyd olunur. İxtisarların 20 maydan etibarən qüvvəyə minəcəyi bildirilir. Eyni zamanda, şirkət bəzi yeni işə qəbul proseslərini də müvəqqəti dayandırıb.

Məlumata görə, “Meta” hazırda əsas strateji prioritetini süni intellekt və “super zəka” texnologiyalarının inkişafına yönəldib. Şirkət bu istiqamətdə məlumat mərkəzləri və süni intellekt infrastrukturuna milyardlarla dollarlıq investisiyalar planlaşdırır. Proqnozlara əsasən, bu xərclər yaxın illərdə kəskin şəkildə artacaq.

“Meta” süni intellekt laboratoriyalarına yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsinə və startapların alınmasına da fokuslanıb. Şirkət bu sahədə rəqabəti gücləndirmək üçün aktiv satınalmalar və kadr transferləri həyata keçirir.


SON XƏBƏRLƏR

23 Aprel 2026