• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

"Mən yaşamıram, zülm çəkirəm"

CƏMİYYƏT

23 May 2026 | 23:12

Mən yaşamıram, zülm çəkirəm

"Mən yaşamıram ki, zülm çəkirəm".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib.

Aktrisa ayaqlarındakı ağrılardan əziyyət çəkdiyini bildirib:

"Qızımın toyundan sonra ayaqlarım şişib. 2-3 fərqli həkimə müraciət etmişəm, amma hərəsi bir söz deyir. Müalicə olunuram, lakin problem hələ də qalır. Artıq bezmişəm. Nə vaxta qədər həkim-həkim, müayinə-müayinə gəzmək olar? Bütün qazancım dərmanlara və həkimlərə gedir. Belə həyat  olar?"

Naibə Allahverdiyeva 25 ildir eyni problemdən əziyyət çəkdiyini də vurğulayıb:

"25 il əvvəl ayağım sınmışdı. Bu, mənim bütün həyatımı dəyişdi. Həmin vaxt həkim ayağımı düzgün müalicə etmədi. İki gün ayağım o vəziyyətdə qaldı. Həmin gündən zülm çəkirəm". 


SON XƏBƏRLƏR

23 May 2026