Ağcabədidə Kür çayında yarılan bənd bərpa edilib.
Bakıvaxtı.az xəbər verir ki, Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisində Qarqarçayla qovuşduğu ərazisində Qarqar çay hövzəsinin yarılması qeydə alınmışdı.
Aparılan tədbirlər nəticəsində bənd bərkitmə işləri yekunlaşıb. Suyun sahələr axınının qarşısı tam alınıb.
Qeyd edək ki, hadisəyə səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan artıq artması olub.
Bakı 




