Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) rəhbərliyində bir sıra dəyişikliklər olub.
Bakıvaxtı.az "Yeni sabah"a istinadla xəbər verir ki, qurumun İdarə Heyəti (İH) üzvlərinin sayı 29-dan 31-ə qaldırılıb.
Köhnə İH-dən üç nəfər vəzifəsindən azad olunub. Bunlar "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədri Zərifə Salahova, akademik Yaqub Mahmudov və İsmayıllı Rayon Ağsaqqallar Şurasının üzvü Qriqori Smirnovdur. Bundan başqa, ötən ay dünyasını dəyişən Xalq artisti Rasim Balayevin adı siyahıdan çıxarılıb.
Ötən gün keçirilən qurultayda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinə yeddi yeni üzv seçilib. Bunlar aşağıdakılardır:
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova;
- Dövlət Dəniz Akademiyasının sabiq rektoru, keçmiş kənd təsərrüfatı naziri, Milli Məclisin deputatı Heydər Əsədov;
- Azərbaycanın Türkmənistan və Əfqanıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov;
- Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri, Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü Milix Yevdayev;
- "İçərişəhər" Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Sara Xanlarova;
- Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov;
- Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə.
Ağsaqqallar Şurasının İdarə Heyətinin yeni üzvlərinin tam siyahısını təqdim edirik:
1. Quliyev Eldar Allahyar oğlu;
2. Əmiraslanov Əhliman Tapdıq oğlu
3. İbrahimov Eldar Rza oğlu;
4. Vəliyev Ağalar İsrəfil oğlu;
5. Yusifov Bayram Məmməd oğlu;
6. Novruzov Vahid Tapdıq oğlu;
7. Süleymanov Tahir Süleyman oğlu;
8. Məhərrəmov Abel Məmmədəli oğlu;
9. Paşazadə Allahşükür Hümmət oğlu;
10. İmanov Kamran Sultan oğlu;
11. Həbibbəyli İsa Əkbər oğlu;
12. Səmədzadə Ziyad Əliabbas oğlu;
13. Şadlinski Vaqif Bilas oğlu;
14. Hüseynova Mahirə Nağı qızı;
15. Həsənzadə Nəriman Əliməmməd oğlu;
16. Həşimov Arif Məmməd oğlu;
17. Qasımzadə Elbay Ənvər oğlu;
18. Naxçıvanlı Aqiyə Həbib qızı;
19. Quliyev İbrahim Oruc oğlu;
20. Əsədov Heydər Xanış oğlu;
21. Mərdanov Misir Cumail oğlu;
22. Rəfiyev Akif Bəşir oğlu;
23. Zeynalov Həsən Sultan oğlu;
24. Əliyev Fuad Yusif oğlu;
25. Hacıyev Şəmsəddin Hümmət oğlu;
26. Yevdayev Milix İlxananoviç;
27. Xanlarova Sara Cəbrayıl qızı;
28. Ələkbərov Urxan Kazım oğlu;
29. Quliyev Vahid Həbibulla oğlu;
30. Qasımov Əsabil Qarakişi oğlu;
31. Əlizadə Akif Ağamehdi oğlu.
Bakı 




