Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə Astanaya rəsmi səfər edəcək.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.
Onun sözlərinə görə, 29-30 aprel tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrov Astanaya rəsmi səfər edəcək:
"Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Qazaxıstan Respublikasının Prezidenti tərəfindən qəbul ediləcək və həmin ölkənin xarici işlər naziri ilə danışıqlar aparacaq. Görüş zamanı əsas diqqət qarşıdan gələn yüksək səviyyəli təmaslar da daxil olmaqla, ikitərəfli hərtərəfli strateji tərəfdaşlığın və müttəfiqliyin gücləndirilməsinə yönələcək".
Zaxarova qeyd edib ki, bu kontekstdə ikitərəfli gündəlikdəki məsələlərin, xüsusən də siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin gücləndirilməsi, eləcə də ümumi inteqrasiya platformalarında, ilk növbədə AİB, KTMT, MDB və ŞƏT-də qarşılıqlı fəaliyyətin nəzərdən keçirilməsi gözlənilir.
Gülşən Şərif
Bakı 




