Rusiyanın Nalçik şəhərinin meri Taymuraz Axoxov vəfat edib.
Bakıvaxtı.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kabarda-Balkar rəhbərliyinin administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, T.Axoxov 55 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Axoxov paytaxt meriyasına səkkiz il rəhbərlik edib. O, 2018-ci il aprelin 2-də Nalçik şəhər administrasiyasının rəhbəri vəzifəsinin icraçısı təyin edilib, həmin ilin iyunun 8-də isə bu vəzifəyə təsdiqlənib.
Bakı 




