• Bakı 18° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Şoltsa yeni vəzifə veriləcək

SİYASƏT

23 May 2026 | 20:06

Şoltsa yeni vəzifə veriləcək

Almaniyanın sabiq kansleri Olaf Şolts Qlobal Cənub ölkələri ilə əməkdaşlığın inkişafı ilə məşğul olacaq yeni "Şimal - Cənub" komissiyasına rəhbərlik edəcək.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bu barədə "Der Tagesspiegel" məlumat yayıb.

Qeyd olunur ki, belə bir strukturun yaradılması ilə bağlı qərar Xristian Demokrat İttifaqı (XDS/XSS) və Almaniya Sosial Demokrat Partiyasının koalisiya sazişində nəzərdə tutulub.

Komissiyanın Almaniyanın Qlobal Cənub ölkələri ilə ikitərəfli əlaqələrinin möhkəmləndirilməsi və daha geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsinin formalaşdırılması üzərində işləyəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, komissiyanın tərkibi və səlahiyyətləri hələ dəqiqləşdirilir. Onun tərkibinə təqribən 20 nəfərin, o cümlədən Qlobal Cənub ölkələrinin nümayəndələrinin daxil olacağı güman edilir.

Komissiya rəhbərinin müavini vəzifəsinə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İvealanın namizədliyi nəzərdən keçirilir.

Komissiya üzvlərinin rəsmi təqdimatının iyunun sonunda Hamburqda davamlı inkişaf üzrə konfransda keçiriləcəyi gözlənilir.


SON XƏBƏRLƏR

22 May 2026