q
  • Bakı 15° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Fransada polislər saxlanıldılar

    DÜNYA

    24 Aprel 2026 | 12:41

    Fransada polislər saxlanıldılar

    Fransanın Nitsa şəhərinin Arian məhəlləsində baş verən və sosial şəbəkələrdə geniş yayılaraq böyük rezonans doğuran zorakılıq hadisəsi ilə bağlı iki polis əməkdaşı saxlanılıb.

    Bakıvaxtı.az xəbər verir ki, Nitsa Prokurorluğunun yaydığı məlumata görə, həmin polislər ağırlaşdırılmış zorakılıq və oğurluq ittihamları ilə nəzarət altına alınıblar. Prokuror Damyən Martinellinin açıqlamasına əsasən, 2003-cü il təvəllüdlü gənc yaşadığı evin yaxınlığında hücuma məruz qaldıqdan sonra şikayət edib. Zərərçəkənin vəkili Sefen Gezin daha əvvəl bildirdiyi kimi, hadisə iki sərxoş gəncin telefonla danışarkən onları təhqir etdiyini zənn etməsi nəticəsində başlayan mübahisədən sonra baş verib və qısa müddətdə zorakılığa çevrilib.

    Hadisə yerində yaşayan qonşulardan biri tərəfindən çəkilən videoda gəncin üz nahiyəsinə ardıcıl zərbələr endirildiyi, yerə yıxıldığı və uzaqlaşmağa çalışarkən yenidən döyüldüyü açıq şəkildə görünür.

    Prokuror əlavə edib ki, polis əməkdaşlarından biri yerə düşən şəxsi əşyaları, o cümlədən 100 avro pulu və sürücülük vəsiqəsini götürüb.

    Hadisədən sonra zərərçəkənin atası hüquq-mühafizə orqanlarına müraciət edərək zorakılığı əks etdirən videonu təqdim edib və bunun əsasında istintaq başlayıb. Ertəsi gün 1998 və 1999-cu il təvəllüdlü, Nitsada ezamiyyətdə olan CRS bölməsində çalışan iki polis əməkdaşı rəhbərlikləri ilə birlikdə könüllü polisə gələrək ifadə veriblər və sonradan saxlanılıblar.


    SON XƏBƏRLƏR