q
  • Bakı 13° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək

DÜNYA

24 Aprel 2026 | 15:39

Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək

Böyük Britaniya La-Manş boğazından qanunsuz miqrantların keçidinə nəzarəti gücləndirmək üçün Fransaya təxminən 890 milyon dollar ayıracaq. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın Daxili İşlər Naziri Şabana Mahmud və onun fransalı həmkarı Loran Nunez tərəfindən imzalanmış müqavilədə qeyd olunub.

Müqaviləyə əsasən, ayrılan vəsait əsasən Fransanın şimal sahillərində patrul xidməti göstərən polis məmurlarının sayının artırılmasına sərf olunacaq. Saziş üç il müddətinə nəzərdə tutulub və 31 martda müddəti bitmiş əvvəlki müqaviləni əvəz edir. 

Analitiklərə görə, bu sazişdə nəzərdə tutulan qaydalar miqrant axınının qarşısını ala bilməyib. Keçən il qanunsuz miqrantların sayı əvvəlki iki illə müqayisədə artıb.

Belə ki, 2025-ci ildə Böyük Britaniyaya bu yolla təxminən 41 500 nəfər qanunsuz yolla keçib ki, onların arasında ən çox sayda Əfqanıstan, İran, Sudan və Somali vətəndaşları olub. 

Gülşən Şərif


SON XƏBƏRLƏR