q
  • Bakı 14° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Buryatiyada qar uçqunu: 7 nəfərlik turist qrupu təhlükədə qaldı

DÜNYA

24 Aprel 2026 | 13:22

Buryatiyada qar uçqunu: 7 nəfərlik turist qrupu təhlükədə qaldı

Rusiyanın Buryatiya bölgəsində dağlarda 7 nəfərdən ibarət qeydiyyatsız turist qrupu qar uçqununa düşüb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, hadisə Konstitusiya zirvəsinə qalxan zaman baş verib və qar kütləsi aşırımlardan birində turistlərin üzərinə gəlib.

Qrup üzvlərindən 3 nəfər yamacdan kənarda tapılıb və xəsarət almasına baxmayaraq, radio vasitəsilə hadisə barədə məlumat verə biliblər.

Digər turistlərin isə qar altında qaldığı ehtimal olunur. Hadisə ilə bağlı istintaq aparılır və axtarış-xilasetmə işləri davam etdirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR