q
  • Bakı 11° C

    8.01 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

İran yeni nüvə bloklarının tikintisinə BAŞLAYIR

DÜNYA

24 Aprel 2026 | 18:10

İran yeni nüvə bloklarının tikintisinə BAŞLAYIR

İran mütəxəssisləri Buşehr Atom Elektrik Stansiyasının yeni enerji bloklarının tikinti sahəsinə qayıtmağa başlayırlar.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə "Rosatom"un baş direktoru Aleksey Lixaçev bildirib.

Onun sözlərinə görə, tikintinin bərpasının vaxtı hərbi münaqişənin bitməsindən asılıdır: "İlk dəfə olaraq deyə bilərik ki, yaxşı xəbər var. İranlı mütəxəssislər yavaş-yavaş əraziyə qayıtmağa başlayırlar. Bəli, bu, hələ tammiqyaslı tikinti deyil. Maşın və avadanlıqları sınaqdan keçirir və bəzi yoxlamalar aparırlar. Və biz fəal şəkildə əməkdaşlıq edirik. Buna görə də işçilərimiz Buşehrdə qalıblar.

İkinci və üçüncü blokların tikintisinə kifayət qədər tez bir zamanda qayıtmaq ehtimalı var. Lakin, çox şey Yaxın Şərqdə, Hörmüz boğazında münaqişənin bitməsindən asılıdır". /Unikal


SON XƏBƏRLƏR