• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Nişana gedən mikroavtobus aşıb: 7 nəfər ölüb - Türkiyədə

HADİSƏ

15 Avqust 2026 | 19:46 | Müəllif: Ayyət Əhməd

Nişana gedən mikroavtobus aşıb: 7 nəfər ölüb - Türkiyədə

Türkiyənin Diyarbəkir vilayətində nişan mərasiminə gedən sərnişinləri daşıyan mikroavtobusun aşması nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm əməkdaşları cəlb olunub.

Yaralananlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirirlir. Qəza ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR