• Bakı 18° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Milli Parkın ərazisində narkoplantasiya yetişdirən şəxs həbs edildi - Əməliyyatın görüntüsü

HADİSƏ

04 Iyun 2026 | 18:46 | Müəllif: Subhan Mahmudov

Milli Parkın ərazisində narkoplantasiya yetişdirən şəxs həbs edildi - Əməliyyatın görüntüsü

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.

Tədbirlərlə həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkilərək xüsusi qulluq göstərildiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR