• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var - YENİLƏNİB

HADİSƏ

04 Iyul 2026 | 13:46 | Müəllif: Subhan Mahmudov

Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var - YENİLƏNİB

Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışda xəsarət alanların sayı üçdən dördə artıb.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (2 qadın, 1 kişi) termiki yanıq diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərilən pasiyentlərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Hadisə baş verən ərazidən keçərkən bir qadın da xəsarət alıb. Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

 

12:47

Bakıda evdə baş verən partlayışın təfərrüatı məlum olub.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Ümid Ələkbərov küçəsindəki ikimərtəbəli evdə baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

İkimərtəbəli ev bir nəfərə məxsus olsa da, bir müddət əvvəl evi 4 ailəyə satıblar. Partlayış baş verən mənzildə ölən və xəsarət alanlar isə bir ailənin üzvləri olublar. Evdə ana və 3 övladı yaşayırmış. Ailə bir ay əvvəl evə köçübmüş.

Partlayış baş verən zaman ailə üzvləri yatmış vəziyyətdə olublar. Partlayış nəticəsində 4 nəfərin hamısı dağıntılar altında qalıb. Onlardan 3 nəfəri sağ çıxarılsa da, bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

11:13

Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, partlayış ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb. 

Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50kv.m. sahədə yanıb. 

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026