Ağstafa rayonunda 46 yaşlı kişinin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə avqustun 10-u saat 23 radələrində Həsənsu kəndində baş verib.
1980-ci il təvəllüdlü Zaur Novruz oğlu Yolçuyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində - qəbiristanlığın yaxınlığında aşkar edilib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Bakı 



