• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Vətən müharibəsi iştirakçısına vəzifə verildi

CƏMİYYƏT

11 Sentyabr 2026 | 16:52 | Müəllif: Əli Hüseynov

Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan gizir Sərxan Abbasəliyev yeni vəzifəyə təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Sərxan Abbasəliyev 1 sentyabr 2026-cı il tarixindən etibarən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta ümumtəhsil məktəbinə Təsərrüfat işləri üzrə direktor müavini təyin edilib.

O, yeni vəzifəsində məktəbin təsərrüfat işlərinin təşkili, maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisəsində təhlükəsiz və əlverişli mühitin yaradılması, eləcə də təsərrüfat proseslərinin səmərəli idarə olunması istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Sərxan Abbasəliyev Vətən müharibəsi iştirakçısıdır və ehtiyatda olan gizirdir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026