q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Lvovda naməlum şəxs məscidi yandırmağa cəhd edib

CƏMİYYƏT

29 Aprel 2026 | 14:37

Lvovda naməlum şəxs məscidi yandırmağa cəhd edib

Ukraynanın Lvov vilayətində maskalı şəxs məscidi yandırmağa cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Lvov vilayəti polsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 28-i axşam saatlarında baş verib.

Qeyd olunur ki, naməlum şəxs məscidə içərisində yandırıcı maye olan iki şüşə ataraq qaçıb. Şüşələrdən birinin içindəki maye alovlanıb, lakin yanğınsöndürənlər gələnə qədər alov söndürülüb.

Müsəlman icması bu hadisəni təxribat adlandırıb, onun məqsədinin dindarları qorxutmaq və cəmiyyət daxilində dini düşmənçiliyi alovlandırmaq olduğunu bildirib.


SON XƏBƏRLƏR