Fövqəladə Hallar Nazirliyi Kürdəmirdə baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Yenikənd kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 168 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.
Yanğın nəticəsində evin yanar konstruksiyaları 144 kv.m sahədə yanıb. Yanğın yerinin müayinəsi zamanı 45 yaşlı Fikrət Mütəllim oğlu Eminovun meyiti aşkar edilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".
***
11:38
Kürdəmir rayonunda evdə baş verən yanğın nəticəsində bir nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Yanğın ümumi sahəsi 150 kv metr olan birmərtəbəli evdə baş verib. Ev sahibi Fikrət Eminov yanaraq həyatını itirib.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.
Eyni zamanda, əraziyə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.











jpeg-1779908174.webp)




