q
  • Bakı 10° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Maşınını qaçıran qohumunu bıçaqladı

HADİSƏ

29 Aprel 2026 | 12:52

Maşınını qaçıran qohumunu bıçaqladı

Maşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilən Aqil Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin atası dindirilib. 

Şahid qismində ifadə verən Rahim Hüseynov təqsirləndirilən şəxslə qohum olduqlarını bildirib:

" Axşam saatlarında yatmışdım. Birdən qapı döyüldü bu təqsirləndirilən şəxsi gördüm. Bizə gəlməyinə səbəb oğlumun onun avtomobilini icazəsiz sürməsi və götürüb qaçması idi. İçəri dəvət etdim. Təqsirləndirilən şəxs içkili idi amma özünü idarə edə bilirdi. Oğlumla dalaşdılar. Mən onları ayırdım, lakin oğlumun boğazından bıçaqla xəsarət yetirmişdi".

Şahid onu da bildirib ki, təqsirləndirilən şəxslə barışıblar və heç bir şikayəti yoxdur.

Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.


SON XƏBƏRLƏR